Gənc taekvondoçular öncə lisenziya yarışına, sonra dünya birinciliyinə

Gənc taekvondoçulardan ibarət olimpiya yığmamız və bu yaş qrupunda millimiz növbəti mötəbər yarışda iştirak edəcəklər. Allsport.az saytı xəbər verir ki, Tunisin Hammamet şəhərində ilk olaraq lisenziya yarışı (6-7 aprel), bir gün fasilədən sonra dünya birinciliyi (9-13 aprel ) olacaq. Argentinada baş tutcaq gənclərin olimpiyadasına vəsiqə verən sınaqda 6, digərində 10 idmançımız  mübarizə aparacaq.

Taekvondo federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyk etdiyi heyətdə milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, beynəlxalq dərəcəli hakim Ramal Jamalov adı çəkilən Afrika ölkəsinə yollanıblar.

120 ölkədən 962 gəncin qatılacağı yarışda məşqçilər heyəti Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirsetidova (49 kq) və Səhər Karghara (52 kq) fürsət verəcək.

Dünya birinciliyində Nihat Abbasov (45 kq), Yaşar Məmmədli (48 kq), Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq), Səhər Karghar (52 kq) ölkəmizi təmsil edəcəklər.

Həmin kateqoriyadan