Gənc taekvondoçularımız da qitə birinciliyi üçün Pireneyə yollanır

Yeniyetmə taekvondoçularımızın ardından, gənclər də bu gün İspaniya yollanır. Allsport.az saytı xəbər verir ki, 4 oktyabda Marina Dor şəhərində Avropa birinciliyində 14 idmançı ilə təmsil olunacağıq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun sərəncamında Xanmurad Süleymanov (45 kq), Nihad Abbasov (48 kq), Səyyad Dadaşov (51 kq), Pərviz İsgəndərov (55 kq), Nicat Zamanov (59 kq), Eltac Qafarov (63 kq), Cavad Ağayev (68 kq), Taleh Süleymanov (78 kq) və Vüsal Balaqadaşov (+78 yuxarı) var.

Qızlardan dayanaq üzərinə Səidə Əliyeva (42 kq), Ofeliya Allahverdiyeva (44 kq), Fəridə Rzayeva (49 kq), Mirvari Qəmbərli (52 kq) və Qönçə Hüseynova (55 kq) çıxacaqlar.

ATF-in baş hakimi Gündüz Abdullayev də ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan