Georgi Çixradze: “Onları oyuna kökləmək çox çətin idi”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Futbolçuları oyuna kökləmək çox çətin idi. Komanda avrokuboklara getmək şansını kubokda məğlub olmaqla itirmişdi. Bu baxımdan bizim üçün çətin idi. Bütün bunlara baxmayaraq, oyuna pis başlamadıq. İkinci hissədə müdafiədə səhv etdik. Bundan sonra şanslarımız olsa da, hesabı bərabərləşdirə bilmədik”.

Həmin kateqoriyadan