- Baxış sayı: 84
- 25 İyul 2026 18:59
- Baxış sayı: 160
- İyul 22, 2026
- 0

Gənclər və idman nazirliyinin yaradılmasının 32 illiyi münasibətilə avarçəkmə idmanı ilə tanışlıq və təcrübə olub.
Allsport.az saytı xəbər verir ki, GİN yanında ictimai şura, Azərbaycan gənclər təşkilatları milli şurası və Azərbaycan su idman növləri federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini avarçəkmə idman növü ilə yaxından tanış etmək, sağlam həyat tərzini təşviq etmək və gənclər arasında idmana marağı artırmaq olub.
Tədbirdə, Azərbaycan su idman növləri federasiyasının peşəkar təlimçiləri iştirakçılara təhlükəsizlik qaydaları, avarçəkmə texnikası və qayıqlardan düzgün istifadə ilə bağlı məlumat veriblər. Nəzəri hissədən sonra iştirakçılar su üzərində praktiki məşğələyə qoşularaq avarçəkmə təcrübəsi əldə ediblər.
Sessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi baxımından uğurlu təşəbbüs kimi qiymətləndirilib.