- Baxış sayı: 42
- 13 İyul 2026 23:38
- Baxış sayı: 90
- İyul 13, 2026
- 0

İspaniya millisinin sabiq futbolçusu Dani Karvaxal DÇ-2026 zamanı sosial şəbəkələrdə yayılan görüntüsü ilə gündəmə gəlib. Allsport.az xəbər verir ki, Karvaxal və Xoselunun həyat yoldaşları əkiz bacıdırlar. Bu səbəbdən veteran futbolçular dünya çempionatının oyunlarını ailəvi şəkildə izləyirlər.
Xoselunun həyat yoldaşı Melani paylaşdığı fotoda Dani Karvaxalın İspaniya himni səslənərkən televizorun yanında əlini sinəsinə qoyaraq ayaqüstə dayandığını göstərib. Görüntü sanki onun hələ də milli komandanın üzvü olması təəssüratı yaradıb.
Fotodan sonra azarkeşlər sosial şəbəkələrdə bu görüntünü memə çeviriblər. İstifadəçilər şəkli “Özünü hələ də komandanın bir hissəsi hesab edir” məzmunlu zarafatlarla paylaşaraq çoxsaylı fərqli versiyalar hazırlayıblar.