“Göteborq” klubu “Qarabağ”la oyunlara 30 futbolçu seçib

İsveçin “Göteborq” klubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Yorgen Lennartson heyətə 30 futbolçunun adını daxil edib.

Qapıçılar: Con Alvboqe, Pontus Dalberq, Erik Dalin, Tom Amos;

Müdafiəçilər: Emil Saolomnsson, Sebastyan Erikson Yalmar Yonsson, Benjamin Zalo, Adam Yohansson, Tom Pettersson, Billi Nordstrem, Tomas Roqne, Mattias Byarsmyur, Aleksandr Leksell, Auqust Erlinqmark;

Yarımmüdafiəçilər: Mads Albek, Seren Riks, Yakob Ankersen, Martin Smedberq, Prosper Kasim, Louson Sabah, Riçard Sindrik, Ronni Mleçkoviç, Andreas Ehman;

Hücumçular: Tobias Hyusen, Elias Mar Omarsson, Mikael Boman, Qustav Enqvall, Patrik Karlsson-Laqemyur, İbrahim Ba.

Qeyd edək ki, “Qarabağ”la “Qöteborq” arasındakı ilk oyun avqustun 18-də “Qamla Ullevi” arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan