“Göteborq”la görüşün başlama saatı da bilinib

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində İsveçin “Göteborq” klubuna qarşı cavab matçının başlama saatı da müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, ilk görüş səfərdə baş tutacaq, Göteborqun “Qamla Ullevi” stadionunda keçiriləcək.

Mübarizə avqustun 18-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. UEFA-nın rəsmi saytının məlumatına görə, bu komandalar arasında Bakıda oynanılacaq cavab görüşü isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq.

Həmin kateqoriyadan