“Göteborq”un idman direktoru: “Bizim evdə qazandığımız 1:0 hesablı üstünlüyümüz var”

İsveçin “Göteborq” klubunun idman direktoru Mats Qren Avropa Liqasının pley-off mərhələsində cavab oyunu öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, bu gün “Qarabağ”a qarşı keçirəcəkləri matç barədə bunu söyləyib:

“Qarabağ” tamamilə fərqli səviyyədə komandadır. Məsələn, onların 20 nömrəli futbolçusunu (Riçard Almeyda) götürək. Çox yaxşı oyunçudur. Klubdan mənə deyiblər ki, onu komandaya cəlb etmək üçün yüksək məvacib ödəyiblər. “Qarabağ” topla çox yaxşı oynayır. Amma bizim evdə qazandığımız 1:0 hesablı üstünlüyümüz var”.

Həmin kateqoriyadan