“Göteborq”un kapitanı fanatlara: Stadiona gəlin, birgə «Qarabağ»a çətin anlar yaşadaq

“Göteborq”un kapitanı Matias Bjarsmir azarkeşləri kluba dəstək verməyə səsləyib. Allsport.az saytı xəbər verir ki, İsveç mediasına  açıqlamasında, o, rəqibin güclü olduğunu etiraf edib:

“Rəqibimiz çox güclüdür. Onlarin heyətində Brazilya və İspaniyadan olan legionçular çıxış edirlər. Yeni bir hucumçu da transfer etdilər. Bizi qarşıda 180 çətin dəqiqə gözləyir. “Qamla Ullavi”nin dəstəyə ehtiyacı var.

Bu o demek deyil ki, sizlər sadəcə bizi ruhlandiracaqsınız, eyni zamanda, rəqibin oyununa mənfi təsir göstərə bilərsiniz. Tərəfdarlarımızla birlikdə “Qarabağ” nəfəs kəsən 90 dəqiqə yaşatmalıyıq”.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyuna 9000 bilet satılıb.  “Qamla Ullavi” isə 18416 tamaşaçı tutumuna malikdir.

Mansur ATƏŞ, İsveç

Həmin kateqoriyadan