«Göteborq»un məşqçisi: Əslində, «Qarabağ» çexlərə qalib gəlməli idi

«Qarabağ» göteborqlular üçün tanış olmayan, fərqli rəqibdir. Biz yenə də onlara qarşı oynamağa hazırıq». Allsport.az saytı xəbər verir ki, bunu İsveç klubunun məşqçisi Alf Vesterberq söyləyib. Onun sözünə görə, Azərbaycan paytaxtında onları dəhşətli hava gözləyir:

«Bakıda havalar çox istidir. Gündüzləri +40, oyun saatlarında +30 dərəcə istidən bəhs edirəm.  Bu, Helsinqfors və Polşa səfərlərimizdən fərqlənən cəhətdir. İlk oyunumuz “Qamla Ullavi”dədir. Çətin rəqiblə qarşılaşacayıq. Azərbaycan çempionatında «Sumqayıt»a rahatlıqla qalib gəldilər.

Premyer liqada 3-cü yeri tutan «Qəbələ» Fransa «Lilli»ni yarışlardan kənarlaşdirdi. Bu komandadan 25 xal fərqlə çempion olan bir klubla görüşəcəyik. Bu müqayisəm Azərbaycan çempionati və «Qarabağ»ın səviyyəsinden xəbər verir.

Əlində, onlar Çempionlar Liqasının 3-cü mərhələsində çexlərə qalib gəlməli idilər. Sadəcə, çox sayli imkanlarından istifadə edə bilmədilər». Xatırladaq ki, «Göteborq» – «Qarabağ» matçı bu gün saat 21:00-da başlayacaq.

Mansur ATƏŞ, İsveç

Həmin kateqoriyadan