Haaland 2-ci dəfə ən yaxşı oyunçu seçilib

Allsport.az xəbər verir ki, Erlinq Haaland premyer liqada aprel ayının oyunçusu seçilib.

“Mançester Siti”nin hücumçusu aprel ayında 4 oyununda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

22 yaşlı futbolçu bu mövsüm 2-ci dəfə premyer liqada ayın oyunçusu mükafatını qazanıb. Bundan əvvəl o, avqust ayının ən yaxşısı kimi tanınıb.

Mükafat üçün digər namizədlər arasında Kevin de Brüyne (“Mançester Siti”), Eberexi Eze (“Kristal Pelas”), Aleksander İsak (“Nyukasl Yunayted”), Dioqo Yota (“Liverpul”), Dominik Solanke (“Bornmut”), Ollie Vatkins (“Aston Villa”) və Kallum Vilson (“Nyukasl”) var idi.

Həmin kateqoriyadan