Haaland uğurları ard-arda sıralayır

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 2022/2023 mövsümündə 50 qol vurub.

Allsport.az xəbər verir ki, norveçli futbolçu premyer liqada 34, ÇL-də 12, ölkə kubokunda 3 və İngiltərə liqa kubokunda 1 qol vurub.

Haalanddan əvvəl “şəhərlilər”də bir mövsümdə cəmi 3 futbolçu 50 qol vurub. Sonuncu dəfə bu, 92 il əvvəl baş verib.

Bənzər nailiyyəti Diksi Din (1927/28 mövsümündə 63 qol), Vik Vatson (1929/30 mövsümündə 50 qol) və Tom Varinq (1930/31 mövsümündə 50 qol) göstərə bilib.

Həmin kateqoriyadan