- Baxış sayı: 192
- 15 Yanvar 2025 19:49
- Baxış sayı: 192
- Yanvar 15, 2025
- 0
Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatında Hacı Əliyev (65 kq) baş mükafata sahib çıxdı. Allsport.az saytı xəbər verir ki, bu yarışda yüksək səviyyədə çıxış edən 3-qat dünya çempionumuz finalda 5 xal (1:6) geridə olmasına rəğmən, əzmkarlıq göstərib sona 40 saniyə qalmış ardıcıl xallar qazanaraq tutaşmanı 7:6 xeyrinə bitirib. Rio oyunlarının mükafatçısı qələbəsini belə şərh verib:
“İlyas Bəybulatov güclü idmançıdır. Rusiyalı rəqibim xeyli vaxtdır 65 kq-da çıxış edir. Görüşə istədiyim kimi başlamadım. Öz səhvimdəm ona 5 xal verdim. 2-ci hissədə rəqibin yorulduğunu hiss edib, hücumu bir az da gücləndirdim. Son saniyələrdə həmlələrim öz bəhrəsini verdi”.