Hacı Əliyev: 2 erməni güləşçi üzərində qələbəni hərbçilərimizə həsr edirəm

“Gördüyünüz kimi, rəqiblərimə çox çətinliklə qalib gəldim. Hər görüşün öz çətinliyi var. Qismət elə oldu ki, bu gün 2 erməniyə qalib gəldim”. Allsport.az saytı xəbər verir ki, bunu Avropa oyunlarında finala çıxan Hacı Əliyev (65 kq) Minskə ezam olumuş jurnalistlərə açıqlamasında söylədi. Titullu sərbəst güləşçi qələbəni Silahlı qüvvələr gününə həsr etdiyini dedi:

“Düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. İndi isə ən vacibi final qarşılaşmasıdır. Finaldakı rəqibim olimpiya çempionu gürcü idmançısıdır. Ona iki-üç dəfə uduzmuşam. Güclü güləşçidir, çalışacağam ki, bu dəfə qalib mən olum.

Bu gün Azərbaycanın Silahlı Qüvvələri günüdür. 2 erməni idmançı üzərindəki qələbəmi də hərbçilərimizə həsr edirəm”.

K.HACI, Minsk

Həmin kateqoriyadan