Hacıyev, döyüşdə ölən idmançı barəsində danışıb

Allsport.az xəbər verir ki, “AMC Fight Nights”ın rəhbəri Kamil Hacıyev 16 yaşlı Boqdan Puşkarevin Amur vilayətində keçirilən MMA turnirində ölümünə münasibət bildirib:

“Dəbilqə, ölümcül ola biləcək baş zərbəsindən xilas etməyən şərti bir profilaktikadır. 

Təəssüf ki, insanlar bəzən futbol meydanında, bəzən də xizək yarışında ölürlər. Amma idmanla məşğul olmağın əlbəttə ki, buna gətirib çıxaracağını deməzdim.

Mərhumun səhhətində problemlər ola bilər. Başından aldığı zərbədən ölüməsi qeyri-adidir. Baxın, ağır çəkili boksçular dəbilqəsiz döyüşür, 12 raundluq döyüşlər aparır və bir-birlərinə ən ağır zərbələr endirirlər. Baş verənlər faciəli bir təsadüfdür və başqa bir şey deyil. 

Əlbəttə ki, idmanın riskləri barədə düşünmək lazımdır”- təcrübəli mütəxəssis deyib.

Həmin kateqoriyadan