Hayle İbrahimov 19-cu oldu

Rio-2016-da atletika yarışları davam edir. Allsport.az saytı xəbər verir ki, avqustun 17-də bu növdə Azərbaycan millisinin üzvü Hayle İbrahimov 5000 metr məsafəyə qaçışda iştirak edib.

Efiopiyalı əsilli idmançı 1-ci yürüşdə mübarizəyə qoşulub, finiş xəttini 7-ci keçib. O, bu məsafəni 13 dəqiqə 27,11 saniyəyə qət edib, yekun nəticədə 19-cu yeri tutub.

Bundan öncə, bizdən Anna Skidan (çəkicatma) 13-cü, Nazim Babayev (üçtəkanla tullanma) 25-ci olublar. Qarşıdakı günlərdə Evans Kiplaqat (marafon) məharətini göstərəcək.

Həmin kateqoriyadan