“Henrix Mxitaryan böyük ehtimalla Bakıya getməyəcək”

Almaniyanın “Borussiya” klubunun erməni legioneri Henrix Mxitaryanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə səfər oyunu üçün Azərbaycana gəlməsi hələ də dəqiqləşməyib. Allsport.az xəbər verir ki, Dortmund təmsilçisinin icraçı direktoru Hans Yoahim Vatske yerli mətbuata açıqlamasında bu məsələ ilə bağlı vəziyyəti belə şərh edib:

“Mxitaryan böyük ehtimalla, “Qəbələ” ilə oyuna yollanmayacaq. Biz vəziyyəti dəyərləndirdik. Ermənistanla Azərbaycan arasında ciddi münaqişə mövcuddur. Futbolçumuz orada təhlükə ilə üzləşə bilər. Çünki orada təhlükəsizliyi təmin etmək baxımından problemlər var. Biz bütün futbolçularımızı qorumağa cavabdehik. Mxitaryan orada qorxu hiss edəcəksə, biz bunu nəzərə almağa borcluyuq”.

Qeyd edək ki, “Qəbələ” – “Borussiya” matçı oktyabrın 22-də “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan