- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“Neftçi”nin futbolçusu Keysuke Honda karyerasını Portuqaliyada davam etdirə bilər. Allsport.az “A Bola”ya istinadala xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi yeni mövsümdə premyer liqa təmsilçisi “Portinmonense”də oynayacaq.
Nəşr yazıb ki, 34 yaşlı futbolçu “Neftçi”yə keçməmişdən əvvəl fevralda bu klubdan təklif alıb. Lakin Portuqaliyada transfer qaydalarına uyğun gəlmədiyi üçün bu keçid alınmamışdı.
Honda martın 15-i “Neftçi” ilə bu mövsümün sonuna kimi müqavilə imzalamışdı. Onun “ağ-qaralar”dan ayrılacağı dəqiqləşib.