“Hücumları bitirməkdə onun tayı-bərabəri yoxdur”

“Arsenal”ın hücumçusu Qabriel Jezus çempionlar liqasının 1/4 finalında “Bavariya” ilə oyundan gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, rəqibin futbolçusu haqda danışıb:

“Hər kəs Harri Keynin nə qədər böyük oyunçu olduğunu bilir. İnanıram ki, hücumları bitirməkdə onun tayı-bərabəri yoxdur. Belə ustaya qarşı oynamaq xoşdur. Əlbəttə, çalışacağıq ki, bunu başa vuraq və bu görüşdə qalib gələk. Amma bu təkcə Keyn deyil – onların Sane, köhnə dostum, Musiala, Koman, Müller, Qnabri var. “Bavariya”nın çoxlu böyük oyunçuları var”.

Həmin kateqoriyadan