İbrahim Şehiç “Qarabağ”ın məşqlərinə qoşuldu

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda hazırlığın 5-ci gününə axşam məşqi ilə yekun vurub.

Yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən məşq meydançada baş tutub. Futbolçular toplu çalışmalarla kifayətlənib.

Bosniya və Herseqovina millisi ilə Kirin kubokunda iştirak edən qolkiper İbrahim Şehiç istirahətə gec yollandığından, baş məşqçi Qurban Qurbanov ona əlavə bir neçə günlük icazə vermişdi. Qolkiper dünən toplanışa qoşulub və komandayla birlikdə axşam məşqində iştirak edib.

Həmin kateqoriyadan