İbrahim Vədci: “Qarabağ”da karyeram çox tez bitsə belə, böyük macəra idi

“Bütün “Qarabağ” ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və azarkeşlərə salam. Bu bir vida mesajıdır”. Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”dan Fransanın “Sent-Etyenn” klubuna transfer olunan İbrahim Vədci yazıb. Seneqallı hücumçu İnstaqram səhifəsi vasitəsilə paylaşım edərək, Azərbaycan çempionu ilə vidalaşıb:

“Gözlənilməz səfərim səbəbindən sizinlə üzbəüz görüşmək imkanım olmadı. Amma bilin ki, kollektiv emosiyaların çoxlu gözəl anlarını özümlə aparıram. İnsani və peşəkarcasına bu, çox tez bitsə belə, böyük macəra idi. Qalanlara uğurlar, hər şey üçün təşəkkür edirəm”.

“Köhlən atlar” onu 1,6 milyon avroya satıb. O, yeni komandası ilə 3-illik anlaşıb.

Həmin kateqoriyadan