- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

UEFA mərc şirkəti ilə əməkdaşlıq etdiyi iddia olunan Zlatan İbrahimoviçlə bağlı araşdırmaya başlayıb. Allsport.az xəbər verir ki, bu işi araşdırmaq üçün UEFA-dan müfəttiş təyin edilib.
İsveçli hücumçu mərc şirkəti “Bethard”ın səhmlərinin bir hissəsinə sahib olduğu üçün 3 illik futboldan kənar qala bilər. Əgər bu fakt təsdiqini tapsa, 39 yaşlı futbolçu cəzalanacaq.
İbrahimoviç bir müddət öncə “Milan”la 1 illik müqavilə imzalayıb.