- Baxış sayı: 27
- 27 Aprel 2025 10:53
- Baxış sayı: 30
- Aprel 27, 2025
- 0
Bakı idman sarayında 3×3 basketbol üzrə gənc basketbol liqasının ilk mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, yarımfinal oyunlarında “İdman Akademiyası”nın əsas komandası BSU üzərində 18-15, ikinci komandası isə AzTU üzərində 22-20 hesablı qələbələr qazanaraq finala yüksəliblər. İlk mərhələnin final görüşündə “İdman Akademiyası”nın əsas və ikinci komandaları üz-üzə gəliblər. Oyunu “İdman Akademiyası”nın əsas komandası 21-18 hesablı qələbə ilə tamamlayaraq gənc basketbol liqasında ilk mərhələnin çempionu olub. Qalib komandaya mükafatları Azərbaycan basketbol federasiyasının (ABF) idman direktoru Turqay Zeytungöz və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
Liqanın növbəti mərhələsi mart ayında baş tutacaq.