- Baxış sayı: 42
- 17 İyul 2025 19:03
- Baxış sayı: 143
- İyul 20, 2025
- 0
Sentyabr ayında keçiriləcək III MDB ouunlarına hazırlaşan Gəncənin 2025-ci ildə müstəqil dövlətlər birliyinin (MDB) “İdman paytaxtı” seçilməsi ilə bağlı sertifikatın şəhər rəhbərliyinə təqdim edilməsi mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, Gəncə şəhər icra hakimiyyəti, gənclər və idman nazirliyi tərəfindən təşkil edilən tədbir Heydər Əliyev park-kompleksində baş tutub.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi liderin əziz xatirəsi ehtiramla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev mərkəzindən “Zəfər Tağı”nadək olan məsafədə müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları nümayiş olunub. Sonra Milli Qurtuluş gününə həsr olunmuş videoçarx təqdim edilib.
Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və MDB icraiyyə komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehr Hacızadə çıxış ediblər. Ardınca Gəncənin 2025-ci ildə MDB-nin “İdman paytaxtı” seçilməsi ilə bağlı sertifikat şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.