- Baxış sayı: 42
- 17 İyul 2025 19:03
- Baxış sayı: 170
- İyul 20, 2025
- 0
İyunun 13-də baş nazirin müavini Samir Şərifovun sədrliyi ilə III MDB oyunlarının keçirilməsi üzrə təşkilat komitəsinin ikinci iclası baş tutub.
Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman nazirliyinin nəzdində Bakı şəhər halqası əməliyyat şirkətinin oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.
O cümlədən qeydiyyat, hava limanında qarşılanma və yolasalma, eləcə də açılış, bağlanış və yarışlar dövründə nəqliyyat xidmətlərinin təşkili ilə, təchizat və loqistika; inzibati işlər; işçi heyətinin formalaşdırılması; könüllü proqramı; media xidmətləri və kommunikasiya; idman əməliyyatları; yarış məkanlarının hazırlığı, təhlükəsizliyin təmin edilməsi ilə bağlı aparılan işlər barədə məlumat verilib.
III MDB oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.