“İlhamlı qələbələr” idman festivalında stolüstü tennis turniri keçirilib

44 günlük 2-ci Vətən müharibəsində qazanılan böyük Zəfərə həsr edilmiş “İlhamlı qələbələr” adlı idman festivalı çərçivəsində stolüstü tennis turnirinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimində dövlət himni səsləndirilib, şəhidlərimizin, eləcə də Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək şəhid olan Azərtac-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda çıxış edən ASTF-in baş katibi Könül Mikayılova, “BrendSport.az” saytının rəhbəri Bəhruz Səmədov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, qazi Bəhlul Əliyev və digərləri Vətənin müdafiəsi uğrunda şəhid olan qəhrəmanlarımızın yaddaşlarda əbədi yaşayacaqlarını bildiriblər. Qeyd edilib ki, şəhidlik zirvəsinə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları Azərbaycanın hər bir vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir.
Bəhruz Səmədov turnirin geniş işıqlandırılması üçün göstərdiyi fəal informasiya dəstəyinə görə Azərbaycan dövlət informasiya agentliyinə minnətdarlığını bildirib.

Sonra şəhid Məhərrəm İbrahimovun ailəsinə xatirə hədiyyəsi təqdim edilib.
Daha sonra yarışa start verilib. Turnir “Şüa” idman-sağlamlıq kompleksində baş tutub. Rəqabət üç qrupda – qazilər, jurnalistlər və ictimaiyyətin tanınmış nümayəndələri arasında təşkil olunub.
Turnirdə aşağıda adları qeyd olunun içtirakçılar mükafat qazanıb:

Qazilər, müharibə iştirakçıları
I yer – Hüseynov Elsəvər Zərdab 2-ci Qarabağ qazisi
II yer – İsmayılov Fərrux Salyan 2-ci Qarabağ qazisi
III yer – Feyziyev Murad Salyan 2-ci Qarabağ qazisi
III yer – Burziyev Ziyafət Salyan 1-ci Qarabağ qazisi

Jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri
Kişilər

I yer – Qəmərşahoğlu Rəşad – “Sportstman” jurnalı
II yer – Səmıdov Bəhruz – “Brendsport.az” saytı
III yer – Əliyev Ceyhun – “Sport.24.az” saytı
III yer – Piriyev Söhbət – “Azadmedia.az” saytının cənub bürosunun müxbiri

Qadınlar
I yer – Nəsirova Məhluqə – “Brendsport.az” saytı
II yer – İbrahimova Gülzar – “Sehirli dünya” uşaq jurnalı
III yer – Əliyeva Ülkər – Azərtac
III yer – Abıyeva Səbinə – “Sportsman” jurnalı

Həmin kateqoriyadan