- Baxış sayı: 43
- 19 Aprel 2024 19:58
- Baxış sayı: 46
- Aprel 18, 2024
- 0
Bu gün Milli Gimnastika Arenasında açıq Azərbaycan çempionatı start götürüb. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək yarışda 22 ölkədən 133 idmançı iştirak edir.
İlk mübarizə günündə yığma komandamızın 3 üzvü fəxri kürsüyə çıxıb. Oleq Stepko (90.600 bal) kişi idman gimnastikasında qızıl, Petro Paxnyuk (88.055) isə gümüş medala sahib çıxıbdırlar. London Olimpiadasının mükafatçısı xorvatiyalı Filipp Ude 3-cü yeri tutub.
Qadınların rəqabətində Kristina Pravdina (50.339) qızıl medal qazanıb. Sabah birdən-birə 4 növdə – batutdan tullanma, aerobika, bədii gimnastika və akrobatikada mücadilə aparılacaq. Qeyd edək ki, ölkə çempionatı ilk Avropa Oyunlarına sınaq yarışı sayılır.