- Baxış sayı: 56
- 23 Avqust 2026 21:29

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


İtaliyalı hücumçu Lorenzo İnsinye karyerasını “Sampdoriya”da davam etdirəcək.
Allsport.az xəbər verir ki, Genuya təmsilçisi sabiq “Napoli” futbolçusunun transferini rəsmən açıqlayıb.
34 yaşlı oyunçu ilə 2027-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanıb.
İnsinye bu ilin yanvar ayından “Peskara”nın formasını geyinirdi. Komanda ötən mövsüm Serie B-ni sonuncu pillədə başa vurub. Təcrübəli futbolçu həmin müddətdə keçirdiyi 13 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.