“İnter” Albaniya klubuna qalib gələ bilməsə də, mərhələ adladı

Bu gün Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində təmsil edən “İnter” də cavab görüşünə çıxıb. Komandamızın rəqibi isə Albaniyanın “Laçi” klubu idi.

İlk oyunu səfərdə keçirən təmsilçimiz Albaniyadan sərfəli nəticə ilə qayıtmağa nail olmuşddu – 1:1. Bu üzdən də Bakıdakı cavab görüşündə uğurlu sonluğa ümid etmək olardı. Bakılılar doğma meydanda hətta qolsuz heç-heçə ilə də mərhələ adlaya bilərdilər. Hesab açılacağı halda isə təmsilçimiz mütləq qələbə qazanmaq məcburiyyətində qalacaqdı. Lakin buna ehtiyac qalmayıb. 90 dəqiqə ərzində qol vurulmayınca, Azərbaycan klubu adını ikinci təsnifat mərhələsinə yazdırıb.

Qeyd edək ki, “İnter” növbəti mərhələdə SJK (Finlandiya)/”Hafnarfyordur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
9 iyul

21:00. “İnter” – “Laçi” – 0:0 (0:0)
Sarı vərəqə: Z.Xizanişvili, 72. E.Veliay, 88.
(ilk oyun – 1:1)
Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan).
Bakı. “İnter Arena”.

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (45. İlkin Sadıqov, 81), 13. Mirsayib Abbasov (18. Mənsur Nəhavəndi, 90+4), 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev (5. Denis Silva, 90+1).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 2. Taşqin Sertan, 39. Elnur Süleymanov, 20. Yuri Fomenko.
Baş məşqçi: Zaur Svanadze.
“Laçi”: 31. Miroslav Vuyadinoviç, 3. Emilyano Çela, 5. Aryan Şeta, 7. Elton Doku (9. Aldo Mitray, 76), 11. Taulant Sefqyini, 10. Eryon Vuçay, 18. Agim Meto, 19. Valdan Nimani (6. Mikalenxho Bardhi, 82), 21. Olsi Teyqa, 28. Emilyano Veliay (k), 8. Sequn Adeniyi.
Ehtiyat oyunçular: 1. Şpetim Moçka, 4. Matey Baqariç, 16. Edison Ndreça.
Baş məşqçi: Armando Kunqu.

Həmin kateqoriyadan