“İnter” danışıqlara başlayıb

Allsport.az xəbər verir ki, “İnter” “Portu”nun baş məçqçisi Serxio Konseysaunu baş məşqçi təyin edə bilər.

İtaliya klubu mütəxəssis ilə ilk təmaslarına başlayıb. O, “İnter”ə rəhbərlik etməkdən çəkinməyəcək.

“İnter” Çempionlar Liqasında klublar arasında keçirilən son matçlarda Konseysaonun işini yaxından izləyib. Milan təmsilçisi bu məşqçini bəyənir. Lakin klub “Portu” ilə danışıqların asan olmayacağını anlayır.

“İnter” bir müddət əvvəl Antonio Konteni baş məşqçi vəzifəsindən istefaya göndərib.

Həmin kateqoriyadan