“İnter” iki futbolçu aldı, Avropa Liqasına Bakıda hazırlaşır

“İnter” heyətinə iki yeni futbolçu cəlb edib. Allsport.az xəbər verir ki, paytaxt klubu “Neftçi”nin sabiq üzvü Mirhüseyn Seyidovla yanaşı, Yuri Fomenkonu da heyətinə qatıb. Seydiovla 6 aylıq, Fomenko ilə 1 il müddətinə müqavilə imzalanıb.

Qeyd edək ki, Seyidov son mövsüm “Neftçi”də çıxış edirdi. Fomenko isə 2012/13-cü il mövsümündə “İnter”in şərəfini qorumuşdu. 28 yaşlı futbolçu cari ilin əvəlində Litvanın “Şyaulyay” klubunda forma geyinirdi.

Əlavə edək ki, “İnter” komandası Avropa Liqasına hazırlığı “İnter Arena”da keçirir. Komanda plana uyğun olaraq gün ərzində iki dəfə məşq edir.

Həmin kateqoriyadan