“İnter” İslandiyada məşqə çıxacaq

Məlum olduğu kimi, “İnter” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Hafnaryordur” komandası ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, iyunun 14-də Bakıdan çarter reysilə İslandiyaya yollanan komanda Bakı vaxtı ilə saat 04:40-da paytaxt Reykyavik şəhərinə çatıb.

“Fosshotel” mehmanxanasında məskunlaşan “İnter” bu gün Bakı vaxtı ilə saat 00.00-da rəqib komandanın meydançasında məşqə çıxacaq.

Xatırladaq ki, “Hafnaryordur” – “İnter” matçı iyulun 16-da, Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.

Həmin kateqoriyadan