“İnter” İspaniya nəhəngi ilə ilk oyunda bacarmadı

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib Allsport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “İnter” də növbəti sınağına çıxıb

Premyer Liqanın son mövsümünün gümüş mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Paytaxt klubu birinci təsnifat mərhələsində Albaniya “Laçi”sini (səfərdə 1:1, evdə 0:0), ardından isə İslandiya “Hafnarfyordur”unu mübarizədən kənarlaşdırmışdı. Bu dəfə isə “İnter” daha ciddi rəqiblə – İspaniya La Liqasında çıxış edən “Atletik”lə mübarizə aparır. İlk oyunu səfərdə keçirən təmsilçimizin İspaniyadan hansı nəticə ilə qayıdacağı maraqla gözlənilirdi.

Təəssüf ki, bakılılar çətin səfərdə heç bir sürprizə imza ata bilmədilər. Erazonun dublu İspaniya klubuna inamlı qələbə qazandırdı. Hər halda “İnter” üçün bu 0:2-dən sonra Bakıda keçiriləcək cavab matçında vəziyyəti xeyrinə dəyişməsi çətin olacaq.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
30 iyul

“Atletik” – “İnter” – 2:0 (1:0)
Qollar: Erazo, 12 (1:0). Erazo, 49 (2:0).
Sarı vərəqə: N.Kvekveskiri, 62.
Baş hakim: Stavros Tritsonis (Yunanıstan)
Bilbao. “San Mames” stadionu.

“Atletik”: 13. Yaqo Herrerin, 16. Xabyer Eçeyta, 18. Karlos Qurpegi (k), 24. Mikel Balensyaqa, 5. Xavyer Erazo, 7. Benat Eçebarriya, 8. Ander İturraspe (3. Qorka Elustondo, 46), 10. Oskar de Markos, 14. Markel Susayeta (21. Borxa Viquera, 81), 11. İbay Qomes (23. Ager Akeçe, 70), 20. Arits Aduris.
Ehtiyat oyunçular: 1. Qorka İraisos, 4. Emerik Laport, 30. İniqo Lekue, 9. Kike Sola.
Baş məşqçi: Ernesto Valverde.
“İnter”: 25. Səlahət Ağayev, 3. Xuanfran (30. Abbas Hüseynov, 46), 4. Laşa Kasradze, 5. Denis Silva, 14. Zurab Xizanişvili, 22. İlkin Qırtımov (10. Elnur Abdullayev, 87), 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 15. Stepan Polyak (20. Yuri Fomenko, 46), 24. Fuad Bayramov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 13. Mirsahib Abbasov, 19. Mirhüseyn Seyidov, 23. Dieqo Martins.
Baş məşqçi: Zaur Svanadze.

Həmin kateqoriyadan