“İnter” İspaniyaya yola düşdü

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq Bakı “İnter”i Bilbaoya yollanıb. Allsport.az xəbər verir ki, səhər saatlarında Heydər Əliyev adına Bakı hava limanından səfərə çıxan komandamız bir neçə saat sonra İspaniyaya çatacaq.

Qeyd edək ki, “Atletik”lə “İnter” arasındakı ilk oyun iyulun 30-da Bilbaodakı “San Mames” stadionunda keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Həmin kateqoriyadan