“İnter” “Laçi”ni viza problemi ilə əlaqədar məlumatlandırdığını bəyan etdi

Məlum olduğu kimi, iyulun 9-da “İnter” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Laçi” komandasını qəbul edəcək. Allsport.az xəbər verir ki, Albaniya təmsilçisi artıq Bakıdadır və bu gün saat 21:00-da qarşılaşma baş tutacaq.

Ancaq ötən gün bəzi elektron informasiya saytlarında belə bir məlumat yayılıb ki, guya Albaniyanın kosovalı futbolçusu Argend Mustafa Azərbaycana buraxılmayıb. “İnter”in rəhbərliyi bəyan edib ki, Azərbaycan Respublikasının Kosovanı müstəqil dövlət kimi tanımadığına görə adı çəkilən futbolçuya viza verilməsinin mümkün olmayacağı barədə “Laçi” klubunun rəhbərliyinə rəsmi məlumat göndəribmiş. Bəzi saytlarda qeyd edildiyi kimi, “Laçi” klubunun rəhbərliyi Argend Mustafanın Azərbaycana buraxılmayacağı xəbərini İstanbul hava limanında almayıb.

Qeyd edək ki, AFFA kosovalı futbolçu ilə bağlı UEFA-nı da məlumatlandırıbmış. “İnter” rəhbərliyi bəyan edir ki, qonaq komandanın Azərbaycana gəlməsi üçün zəruri olan bütün tələbləri yerinə yetirib.

Həmin kateqoriyadan