“İnter” mübarizəni heç-heçə ilə dayandırdı

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “İnter” də növbəti sınağına çıxıb.

Premyer Liqanın son mövsümünün gümüş mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bakılılar birinci təsnifat mərhələsində Albaniya “Laçi”sini (səfərdə 1:1, evdə 0:0) keçdiyi halda, ardından İslandiyanın “Hafnarfyordur” (səfərdə 2:1, evdə 2:2) klubunu mübarizədən kənarlaşdırmışdı.

Bu dəfə isə “İnter” İspaniya La Liqasında çıxış edən “Atletik”i mübarizədən kənarlaşdırmalıydı. Baxmayaraq ki, səfərdə 0:2 hesablı məğlubiyyətlə üzləşən komandamızın nəhəng rəqibi üzərində evdə 3 cavabsız qolla qələbə qazanması mümkünsüz görünürdü. Gözlənildiyi kimi, təmsilçimiz bu çətin vəzifənin öhdəsindən gələ bilmədi. Gücü yalnız çətin rəqibi ilə qolsuz heç-heçəyə çatan komandamız mübarizəni dayandırmaq məcburiyyətində qaldı.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
6 avqust

“İnter” – “Atletik” – 0:0 (0:0)
Sarı vərəqə: M.Balensyaqa, 25. M.Seyidov, 55.
Baş hakim: Sərdar Gözüböyük (Hollandiya).
Bakı. “Şəfa stadionu”.
İlk oyun: 0:2

“İnter”: 25. Səlahət Ağayev (k), 4. Laşa Kasradze, 5. Denis Silva, 14. Zurab Xizanişvili, 22. İlkin Qırtımov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (10. Elnur Abdullayev, 76), 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev, 23. Dieqo Martins (20. Yuri Fomenko, 77).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 3. Xuanfran, 13. Mirsahib Abbasov, 15. Stepan Polyak, 18. Mənsur Nəhavəndi.
Baş məşqçi: Zaur Svanadze.
“Atletik”: 13. Yaqo Herrerin, 4. Emerik Laport, 6. Mikel San Xose, 16. Xabyer Eçeyta, 24. Mikel Balensyaqa, 5. Erazo (27. Sabin Merino, 67), 7. Benat Eçebarriya (3. Qorka Elustondo, 90), 10. Oskar de Markos, 14. Markel Susaeta (k) (11. İbay Qomes, 86), 23. Aqer Aketçe, 20. Arits Aduris.
Ehtiyat oyunçular: 1. Qorka İraisos, 2. Eneko Boveda, 18. Karlos Qurpegi, 21. Borxa Viqera.
Baş məşqçi: Ernesto Valverde.

Həmin kateqoriyadan