“İnter” “Neftçi”ni darmadağın etdi, “Qarabağ” xal itirdi, “Qəbələ” qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 33-cü tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.

Lider “Qarabağ” səfərdə “Xəzər Lənkəran”ın qonağı olub. Görüşün sonlarında meydan sahibləri hesabı açsa da, qonaqlar bu qola dərhal cavab veriblər və sonda tərəflər meydanı heç-heçə ilə tərk ediblər. Son dövrlərin ən parlaq oyun sərgiləyən komandası, özündən daha çox söz etdirən “Qəbələ” bu tur səfərdə “Sumqayıt”la qarşılaşıb. Qonaqlar iki cavabsız qolla qalib gələrək turnir cədvəlinin üçüncü pilləsinə yüksəliblər. İlk oyun gününün son matçı “İnter”lə “Neftçi” arasında baş tutub. Meydan sahibləri rəqibi darmadağınla yola salıblar.

Topaz Premyer Liqası
33-cü tur
8 may (cümə)

“Xəzər Lənkəran” – “Qarabağ” – 1:1 (0:0)
Qollar: A.Ramazanov, 78 (1:0). L.Corc, 80 (1:1).
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Vüqar Bayramov, Ramil Əhmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 34. Elnur İsmayılov, 17. Kazım Kazımlı, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Yunis Hüseynov.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 21. Tural Rzayev, 24. Admir Teli, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.

“Sumqayıt” – “Qəbələ” – 0:2 (0:2)
Qollar: A.Qay, 39 (0:1). V.Mendi, 41 (0:2).
Qırmızı vərəqə: R.Tağızadə, 82.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elvin Əsgərov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 76. Uğur Pamuk.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Budaq Nəsirov, 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 11.Şahin Əliyev, 20. Elmin Ağayev, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi, 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 16. Ruslan Tağızadə, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 26. Pavol Farkaş, 32. Mixail Sivakov.
Baş məşqçi: Roman Qriqorçuk.

“İnter” – “Neftçi” – 4:0 (1:0)
Qollar: B.Sxadadze, 45 (1:0). D.M.Kolli, 49 (2:0). B.Sxadadze, 56 (3:0). E.Məmmədov, 90+1 (4:0).
Matçın 77-ci dəqiqəsində R.Əliyev, 90+4-cü dəqiqəsində E.Nfor penaltidən yararlana bilməyib
Qırmızı vərəqə: S.Ağayev, 66. M.Seyidov, 90.
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Ömər Paşayev.
Bakı. “İnter Arena”.

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 10. Elvin Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 2. Azər Salahlı, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 15. Yohan Bokanyano, 22. Əfran İsmayılov.
Baş məşqçi: Kaxaber Sxadadze.
“Neftçi”: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 10. Julius Vobay, 22. Rauf Əliyev, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 90. Ernest Nfor, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 33. Orxan Bəşirov, 49. Mirabdulla Abbasov.
Baş məşqçi: Arif Əsədov.

Tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq: 17:00. “Bakı” – AZAL.

Bombardirlər:
15 – Nurlan Novruzov (“Bakı”).
12 – Draqan Çeran (“Simurq”).
11 – Nikolas Kanales (“Neftçi”), Cavid Hüseynov (“Qəbələ”).
10 – Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva (“Qarabağ”).
9 – Mikel Alvaro (“İnter”).
8 – Freddi Mombonqo (AZAL), Junior Nildo (“İnter”).

Həmin kateqoriyadan