- Baxış sayı: 60
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”i ilə cavab oyununa çıxacaq Albaniyanın “Laçi” klubu Azərbaycana gəlib. Allsport.az xəbər verir ki, ötən gecə Bakıya qədəm basan albaniyalılar bu gün “İnter Arena”da son məşqə çıxacaqlar.
Qeyd edək ki, “İnter” – “Laçi” matçı sabah “İnter Arena”da baş tutacaq və saat 21:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyunda 1:1 hesabı qeydə alınmışdı.