“İnter”dən sensasion səfər qələbəsi

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən “İnter” də növbəti sınağına çıxıb.

Premyer Liqanın son mövsümündə gümüş medallara sahib çıxan təmsilçimiz mübarizəyə ilkin təsnifat mərhələsindən qoşulmuşdu. Paytaxt klubu Albaniya “Laçi”sini (səfərdə 1:1, evdə 0:0) çətinliklə də olsa, mübarizədən kənarlaşdırmışdı.

“İnter”i bu mərhələdə daha güclü İslandiya “Hafnarfyordur”u ilə mübarizə aparır. Sözügedən klub Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. 10 il öncə Çempionlar Liqasında “Neftçi”yə rəqib olan bu komanda hər iki oyunda (0:2, 1:2) məğlub olaraq, mübarizəni dayandırmışdı. Ümid edək ki, bu dəfə Avroliqa çərçivəsində baş tutacaq duellərdə də sevinən tərəf Azərbaycan klubu olacaq. Bu baxımdan ilk oyunun səfərdə keçirilməsi də bakılıların şanslarını artırır. Maliyyə problemləri içində itib-batmasına baxmayaraq, komandamız bu dəfə də inanılmazı bacardı. Belə ki, Zaur Svanadzenin çalışdırdığı komanda çətin rəqibinə səfərdə qalib gələrək, mərhələ adlamaq şanslarını artırdı. Hər halda cavab oyununda bakılılara hətta heç-heçə də bəs edəcək.

Qeyd edək ki, bu klublar arasındakı cavab görüşü iyulun 23-də Bakıda – “İnter Arena”da keçiriləcək.

Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)
16 iyul

“Hafnarfyordur” (İslandiya) – “İnter” – 1:2 (1:0)
Qolar: A.Qudnason, 39-pen. (1:0). N.Kvekveskiri, 54-pen. (1:1). D.Martins, 61 (1:2).
Sarı vərəqə: B.Bödvarsson, 19. F.Bayramov, 39. C.Hendrikx, 48. Z.Xizanişvili, 48. D.Vidarsson, 66. K.Dumbiya, 79. K.F.Finnboqason, 89.
Qırmızı vərəqə: R.Özkarsson, 50.
Baş hakim: Mixael Leryus (İsveç).
Hafnarfyordur. “Kaplakrikavollur” stadionu.

“Hafnarfyordur”: 1. Robert Özkarsson, 5. Petur Vidarsson, 15. Qudmann Torisson, 20. Kassım Dumbiya, 21. Bödvar Bödvarsson, 26. Conatan Hendrikx, 8. Emil Palsson (12. Kristyan Finnboqason, 52), 9. Torarinn Valdimarsson (17. Atli Byörnsson, 83), 10. David Vidarsson (k), 13. Byarni Vidarsson (18. Kristyan Floki Finnboqason, 70), 11. Atli Qudnason.
Ehtiyat oyunçular: 4. Sam Tillen, 16. Con Consson, 22. Jeremi Servi, 23. Brinyar Qudmondsson.
Baş məşqçi: Heymir Qudyonsson.
“İnter”: 25. Səlahət Ağayev (k), 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (15. Stepan Polyak, 80), 13. Mirsayib Abbasov (23. Dieqo Martins, 46), 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov (4. Denis Silva, 69), 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 22. İlkin Qırtımov, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko.
Baş məşqçi: Zaur Svanadze.

Həmin kateqoriyadan