“İnter”in məşqində dava!

“İnter”in qapıçısı Andre Onana və yarımmüdafiəçi Marselo Brozoviç məşqdə bir-biri ilə əlbəyaxa olub.

Allsport.az xəbər verir ki, Milan təmsilçisinin futbolçuları məşq edərkən qapıçı Onana ilə komandanın yarımmüdafiəçisi Brozoviç arasında gərgin anlar yaşanıb.

Brozoviç Onananın sərt addımına hiddətlə reaksiya verib. Kamerunlu qapıçı xorvat oyunçunun sözlərindən sonra dönüb və hücum etmək istəyib. Bu zaman Romelu Lukaku və təcrübəli müdafiəçi Danilo Dambrosio futbolçuların bir birinə zərər yetirməsinə mane olublar.

Həmin kateqoriyadan