VİDEO
Nikolovdan təsirli jest

Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə qarşılaşan Bakı “İnter”i qolsuz heç-heçə sayəsində növbəti mərhələyə yüksəldi. Allsport.az xəbər verir ki, ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından, bakılılara evdə hətta qapısını toxunulmaz saxlamaq da yetərli idi ki, buna da nail oldular.

Maliyyə problemi ilə üzləşən paytaxt təmsilçisinin prezidenti Georgi Nikolov isə sözügedən matçdan sonra sevincini Azərbaycan bayrağı ilə qeyd edib. Bayrağımızla stadionda dövrə vuran bolqarıstanlı iş adamı gözyaşlarını saxlaya bilməyib. Nikolov meydana girdikdən sonra qazonu öpüb.

Həmin kateqoriyadan