“İnter”in rəqibini zirvədən saldılar

İslandiya çempionatında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inin rəqibi olan “Hafnarfyordur” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda əsas izləyicisi olan “Reykyavik”i qəbul edib. Qarşılaşma 1:3 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. Hesabı 11-ci dəqiqədə “İnter”in rəqibinin heyətində Emil Palsson açsa da, 56, 58 və 68-ci dəqiqələrdə buraxılan qollar məğlubiyyətə səbəb olub.

Qeyd edək ki, bu qələbə sayəsində “Reykyavik” “Hafnarfyordur”u zirvədən salıb və birinci pilləni ələ keçirib. 26 xalı olan liderin izləyicisi indi 24 xalla ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Hafnarfyordur”la “İnter” arasındakı ilk oyun 2:1 hesabıyla Bakı klubunun xeyrinə başa çatmışdı. Cavab görüşü iyulun 23-də Bakıda, “İnter Arena”da keçiriləcək.

Həmin kateqoriyadan