“İnter”lə “Neftçi”nin heç-heçəsi və “Qəbələ”nin qələbəsi Azərbaycanı irəli saldı

Avropa Liqasının birinci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırmağa imkan verib. Allsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda bir pillə irəliləyib.

Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərinin üçü növbəti oyununu keçirdi. Belə ki, “Neftçi” səfərdə Çernoqoriya “Mladost”u (1:1), “İnter” isə evdə Albaniyanın “Laçi” klubu ilə (0:0) sülhə razılaşdı. Digər təmsilçimiz “Qəbələ” isə doğma meydanda Tiflis “Dinamo”suna qalib gəldi – 2:0.

“İnter”lə “Neftçi”nin heç-heçələri, eləcə də “Qəbələ”nin tarixi qələbəsi ölkəmizin xal ehtiyatını zənginləşdirdi. Həm “bankirlər”, həm də “ağ-qaralar” Azərbaycanın reytinqinə əlavə 0.125, “Qəbələ” isə 0,250 xal yazdırmış oldu.

Hazırda UEFA reytinqində 53 ölkə arasında 28-ci pillədəyik. Azərbaycanın hesabında 11.250 reytinq xalı var ki, onun da 0.750 xalı cari mövsümdə qazanılıb (“İnter” – 0.250, “Neftçi” – 0.250, “Qəbələ” – 0.250).

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Sonda reytinq cədvəlinin son variantını təqdim edirik:

#Ölkə11/1212/1313/1414/1515/16R.xalı
1İspaniya20.85717.71423.00020.2142.28584.070
2Almaniya15.25017.92814.71415.8571.71465.463
3İngiltərə15.25016.42816.78513.5711.75063.784
4İtaliya11.35714.41614.16619.0001.33360.272
5Portuqaliya11.83311.7509.9169.0831.33343.915
6Fransa10.50011.7508.50010.9161.33342.999
7Rusiya9.7509.75010.4169.6660.80040.382
8Ukrayna7.7509.5007.83310.0000.80035.883
9Belçika10.1006.5006.4009.6000.80033.400
10Hollandiya13.6004.2145.9166.0830.75030.563
11Türkiyə5.10010.2006.7006.0000.80028.800
12İsveçrə6.0008.3757.2006.9000.00028.475
13Çexiya5.2508.5008.0003.8750.00025.625
14Yunanıstan7.6004.4006.1006.2000.80025.100
15Rumıniya4.3336.8006.8755.1250.37523.508
16Avstriya7.1252.2507.8004.1250.00021.300
17Xorvatiya3.7504.3754.3756.8750.75020.125
18Kipr9.1254.0002.7503.3000.75019.925
19Polşa6.6252.5003.1254.7501.00018.000
20İsrail6.0003.2505.7501.3750.37516.750
21İsveç2.9005.1253.2003.9000.75015.875
22Belarus3.1254.5001.7505.5000.62515.500
23Şotlandiya2.7504.3003.2504.0000.50014.800
24Danimarka3.1003.3003.8002.9001.00014.100
25Norveç2.3004.9002.6002.2001.25013.250
26Bolqarıstan1.5000.7505.6254.2500.75012.875
27Sloveniya2.2503.2502.6254.0000.50012.625
28Azərbaycan1.3753.0002.5003.6250.75011.250
29Serbiya2.1253.0002.5002.7500.75011.125
30Qazaxıstan1.6251.3753.1253.3750.75010.250
31Slovakiya2.3751.5001.6252.7501.2509.500
32Macarıstan2.2503.0000.8752.1250.7509.000
33İslandiya1.3751.2502.5002.5001.0008.625
34Moldova0.5002.2503.3751.7500.6258.500
35Gürcüstan2.8751.5001.8751.2500.6258.125
36Lixtenşteyn2.0000.0001.0002.5002.0007.500
37Finlandiya1.5002.0000.5002.4000.2506.650
38Bosniya1.1251.2501.5001.7501.0006.625
39İrlandiya1.5001.0000.2502.0000.6005.350
40Lüksemburq1.1251.3751.5000.5000.6255.125
41Albaniya0.8750.7502.0000.8750.6255.125
42Makedoniya1.6251.2500.5001.1250.5005.000
43Latviya0.6251.2501.6250.2501.1254.875
44Çernoqoriya0.5001.3751.2500.7500.6254.500
45Litva1.0001.1251.2500.5000.5004.375
46Estoniya0.3750.3751.0001.5001.0004.250
47Şim. İrlandiya0.5001.0000.8751.3750.5004.250
48Ermənistan0.1250.8751.1250.3751.1253.625
49Farer adaları0.5000.5000.8751.3750.3753.625
50Uels0.6250.5000.7500.1251.3753.375
51Malta0.8330.8750.8750.1250.3753.083
52Cəbəllütariq0.0000.0000.0000.2500.7501.000
53Andorra0.0000.0000.3330.5000.1660.999
54San Marino0.0000.0000.3330.0000.0000.333

Həmin kateqoriyadan