“İnter”lə “Qəbələ” növbəti Avroliqa sınağına çıxır

UEFA Avropa Liqasında mübarizə aparan klublarımız bu gün ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə meydana çıxacaqlar. Allsport.az xəbər verir ki, “Qəbələ” Serbiyada “Çukariçki”nin, “İnter” isə İslandiyada “Hafnarfyordur”un qonağı olacaq:

UEFA Avropa Liqası
İkinci təsnifat mərhələsi, ilk oyunlar
16 iyul

“Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan)
Belqrad. Çukariçki stadionu. Saat 23:30
Baş hakim: Radu Petresku
Baş hakimin köməkçiləri: Ovidiu Artene, Vladimir Urzika
Dördüncü hakim: Marsel Birsan (hakimlər briqadası Rumıniyadandır)
UEFA nümayəndəsi: Joze Gilyerme Aguiar (Portuqaliya)
Hakim-inspektor: Plarent Kotherja (Albaniya)

“Hafnarfyordur” (İslandiya) – “İnter” (Azərbaycan)
Hafnarfyordur. Kaplakrikavöllur stadionu. Saat 00:15
Baş hakim: Michael Lerjeus
Baş hakimin köməkçiləri: Daniel Qustavsson, Magnus Sjöblom
Dördüncü hakim: Kristoffer Karlsson (hakimlər briqadası İsveçdəndir)
UEFA nümayəndəsi: Con Teylor (Şotlandiya)
Hakim-inspektor: Rusmir Mrkoviç (Bosniya və Herseqovina)

Həmin kateqoriyadan