“İnter”lə “Qəbələ”nin Avropa Liqasındakı növbəti rəqibləri bəllidir

“Qəbələ” və “İnter” Avropa Liqasının birinci təsnifat mərhələsində uğurlu çıxış edərək növbəti mərhələyə adladılar. Allsport.az xəbər verir ki, artıq təmsilçilərimizin növbəti rəqibləri də dəqiqləşib.

Belə ki, “Qəbələ” ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq. Bu komanda ilk mərhələdə Sloveniyanı təmsil edən “Domjale”yə qalib gəlib. Səfərdə 1:0 hesabıyla üstün olan “Çukariçki” ev oyununda qapısını toxunulmaz saxlamaqla (0:0) mərhələ adlayıb.

“İnter” isə növbəti mərhələdə İslandiyanın “Hafnarfyordur” klubu ilə üz-üzə gələcək. Bu komanda birinci təsnifat mərhələsində Finlandiyanın SJK klubundan üstün olub. Maraqlıdır ki, “Qəbələ”nin rəqibi kimi, İslandiya klubu da səfərdə 1:0 qalib gəlib. Amma bu komanda ev oyununda da eyni hesabla üstün olub və növbəti mərhələyə adlayıb.

Sonda onu da qeyd edək ki, hər iki klubumuz bu rəqibləri ilə ilk oyunu səfərdə, cavab matçını evdə keçirməli olacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-da, cavab görüşləri isə 23-də baş tutacaq.

Həmin kateqoriyadan