- Baxış sayı: 56
- 21 Sentyabr 2026 15:55
- Baxış sayı: 229
- Sentyabr 17, 2026
- 0

İranın idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin Azərbaycana səfərində 2 ölkə arasında idman və gənclər sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün fəaliyyət hədəfi imzalanıb.
Allsport.az xəbər verir ki, qonaqlar Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini böyük ehtiramla yad edib, daha sonra Şəhidlər xiyabanına və Zəfər abidəsinə gələrək qəhrəman övladlarımızın xatirəsini hörmətlə anıblar.
Bundan başqa, gənclər və idman naziri Fərid Qayıbov iranlı həmkarı ilə ikitərəfli görüş keçirib. Söhbət zamanı, tərəflər arasında gənclər və idman sahələrində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.
Görüşün yekununda “Azərbaycanın gənclər və idman nazirliyi ilə İranın idman və gənclər nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair anlaşma müqaviləsinin həyata keçirilməsi üzrə 2026–2028-ci illər üçün fəaliyyət hədəfi” imzalanıb.
Səfər çərçivəsində nazir Əhməd Dünya Mali və nümayəndə heyəti Bakıda bir sıra idman qurğuları ilə tanış olacaq.