İsrafilov da yığmamıza gəlməkdən imtina etdi

İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov millimizin təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Allsport.az xəbər verir ki, futbolçu yığmanın baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum 2 dəfə müvafiq test verilməlidir və testlərin cavabının alınması isə qısamüddətli deyil.

Testlərin cavabını gözlədiyi müddətdə futbolçunun məşq etməsinə icazə verilməyəcək.

Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və millətlər liqası çərçivəsində Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.

Həmin kateqoriyadan