“İstirahət vaxtlarımızda ölkədə və cəbhədə baş verən hadisələri izləyirik”

Sabah millətlər liqasında “Elbasan arena”da Azərbaycan – Kipr matçı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yığmamızın futbolçusu Qara Qarayev mətbuat konfransında bunu deyib:

“Monteneqro ilə bizim adət etmədiyimiz vaxtda oynadıq. Meydanın vəziyyəti də istənilən səviyyədə deyildi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Məğlubiyyət futbolçularda narahatlıq yaradıb. Kipr millisi oyuna daha çox diqqət ayırmışıq.

Baş məşqçi rəqibi yetərincə analiz edib. Biz də lazım olan məlumatı toplamışıq. Kiprin heytində dəyişiklik var. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq. İndiki vəziyyətdə oyuna köklənmək çox çətindir. İstirahət vaxtlarımızda ölkədə və cəbhədə baş verən hadisələri izləyirik. Bu cür məlumatlar əsasında oyuna köklənmək işimizi çətinləşdirir.

Çünki bütün fikrimiz cəbhədə mübarizə aparan hərbçilərimizin yanındadır. Onlar canları bahasına orada mübarizə aparırlar. İnanram ki, bu dəfə daha yaxşı motivasiya olacaq və lazım olan nəticəni əldə edəcəyik”.

Həmin kateqoriyadan