İtaliya futbolunun əfsanəsi vəfat etdi

İtaliya futbolunun əfsanəsi vəfat etdi

İtaliya millisinin və “Milan”ın əfsanəvi sabiq müdafiəçisi Franko Barezi vəfat edib.

Allsport.az xəbər verir ki, 66 yaşında dünyasını dəyişən Barezinin son vaxtlar ağır xəstəliklə mübarizə apardığı bildirilirdi.

İyulun 29-da İtaliya mətbuatında onun ölümü ilə bağlı xəbərlər yayılsa da, klub həmin vaxt məlumatı təkzib edərək, veteran futbolçunun “çətin dövr keçirdiyini” açıqlamışdı.

Franko Barezi bütün peşəkar karyerasını “Milan”da keçirib. O, 1978–1997-ci illərdə “rossonerilər”in formasını geyinib, 6 dəfə İtaliya çempionu olub, 4 dəfə İtaliya superkubokunu, 3 dəfə UEFA çempionlar liqasını və 1 dəfə UEFA superkubokunu qazanıb.

Barezi İtaliya millisinin heyətində 81 oyuna çıxıb. O, 1982-ci ildə dünya çempionu olub, 1994-cü il dünya çempionatının gümüş, 1990-cı il mundialının isə bürünc medalını qazanıb.

Həmin kateqoriyadan