- Baxış sayı: 44
- 08 İyul 2026 23:35
- Baxış sayı: 289
- İyul 08, 2026
- 0

Milan təmsilçisi “İnter” heyətini yeni qapıçı ilə gücləndirib.
Allsport.az xəbər verir ki, A seriyası klubu İvan Provedelin transferini rəsmən açıqlayıb.
32 yaşlı qolkiper “Latsio”dan “İnter”ə keçib və onunla 2029-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.
Transferin dəyəri 3 milyon avro təşkil edib.
Provedel 2022-ci ildən “Latsio”nun formasını geyinirdi. O, ötən mövsüm A seriyasında 27 matçda meydana çıxıb və qapısında 27 top görüb.